YAP-ın səlahiyyətli nümayəndələri təyin olundu

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Komissiya sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda partiya tərəfdən səlahiyyətli nümayəndə kimi təqdim olunan siyahı açıqlanıb.

Belə ki, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı səlahiyyətli nümayəndə kimi təsdiq olunublar./sia.az/

AzNews.az