Lalə Şövkət Cəmil Həsənliyə söz verdi; 2 saatlıq təkbətək görüş

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət arasında keçirilən görüş başa çatıb.

ALP sədri Əvəz Temirxanın AzNews.az-a verdiyi məlumata görə, əvvəlcə C.Həsənli ilə L.Şövkət təkbətək görüşüb. 2 saat davam edən təkbətək görüşün ardınca ALP sədri Əvəz Temirxan və müavinləri də görüşə qatılıb.

Görüşün nəticələrinə əsasən Lalə Şövkət prezident seçkilərində Cəmil Həsənlinin namizədliyini dəstəkləyəcəyinə söz verib.

Həmçinin son zamanlar ALP-nin Milli Şuradan çıxacağı ilə bağlı səslənən fikirlərə də münasibət bildirib və belə bir halın baş verməyəcəyini vurğulayıb.

Bahar Rüstəmli
AzNews.az