Azərbaycan Avropa Şurası, Avropa Parlamenti və ATƏT-i seçkilərə çağırdı - RƏSMİ

Xarici İşlər Nazirliyi oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Avropa Şurası, Avropa Parlamenti və ATƏT kimi bir sıra mühüm beynəlxalq demokratik təsisatlara dəvət göndərib.
Bu barədə AzNews.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, ümumilikdə 9 beynəlxalq quruma dəvət göndərilib. Bunlar aşağıdakılardır:
1. Avropa Şurası Parlament Assambleyası
2. Avropa Parlamenti
3. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
4. GUAM
5. Müstəqil Dövlətlər Birliyi (MDB)
6. Birləşmiş Millətlər Təşkilatı (BMT)
7. İslam Əməkdaşlıq Təşkilatı (İƏT)
8. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
9. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)

Anar