Seçkilərdən sonra Azərbaycanda yeni partiya yaradılacaq

Respublikaçı Alternativ Hərəkatı prezident seçkilərindən sonra partiyaya çevrilir.

Bu barədə "mediaforum" saytı məlumat yayıb. Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Hərəkatın icra katibi Natiq Cəfərli bildirib ki, yaradacaqları partiyanın proqramı və nizamnaməsi demək olar ki, hazırdır.

Onun sözlərinə görə, prezident seçkilərindən sonra partiyanın təsisatına başlayacaqlar: "Çatdırsaq, bu ilin sonuna qədər, çatdıra bilməsək, gələn ilin əvvəlində işlərimizi yekunlaşdırıb, hərəkatı partiyaya çevirəcəyik". N.Cəfərli bildirib ki, yaradacaqları partiyanın sədri də böyük ehtimalla, Hərəkatın hazırkı rəhbəri İlqar Məmmədov olacaq. Qeyd edək ki, REAL hərəkatı 2008-ci ildə yaradılıb. Qurumun idarə heyətinə bu şəxslər daxildir: İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Zöhrab İsmayıl, Emin Hüseynov, Azər Qasımlı, Azər Mehtiyev, Rəsul Cəfərov, Rövşən Ağayev, Cəsur Sümərinli, Altay Göyüşov, Xalid Bağırov. ReAl sədri İ.Məmmədov fevralın 4-dən həbsdədir.

Anar
AzNews.az