Eldar Namazov İbrahimbəyovun Londona getməməsindən danışdı

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və qurumun İcra Aparatının rəhbəri Eldar Namazovun Milli Şura adından Londonda keçirdiyi görüşə Rüstəm İbrahimbəyovun qatılacağı gözlənilsə də, bu baş verməyib.

Hazırda Londonda olan E. Namazov APA-ya açıqlamasında R. İbrahimovun görüşlərə qatılmamasını onun işlərinin çoxluğu ilə əlaqələndirib: "Rüstəm müəllim bu dəfə görüşlərə qatılmayacaq. Ancaq bir müddət sonra Londona səfər edərək, burada görüşlər keçirəcək".

Xatırladaq ki, sentyabrın 11-də Böyük Britaniyanın Kral İnstitutunun dəvəti ilə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və qurumun İcra Aparatının rəhbəri Eldar Namazov Londona səfərə gedib.

AzNews.az