İlham Əliyevi İTV-də kim təmsil edəcək? – Rəsmi açıqlama

"Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin İctimai Televiziyadakı efir vaxtından onun Mərkəzi Seçki Komissiyasındakı səlahiyyətli nümayəndələri istifadə edəcək. Bu səlahiyyətli nümayəndələr isə partiyanın icra aparatının rəhbəri Əli Əhmədov, onun müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzovdur".

Bu sözləri AzNews.az-a hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. O bildirib ki, İTV-nin prezidentliyə namizədlər üçün ayrılmış efir vaxtında da çox güman, partiyanın icra aparatı rəhbəri Əli Əhmədov çıxış edəcək: "Prezidentliyə namizədin 3 nümayəndəsi var, zaman-zaman onlar bir-birilərini əvəzləyə bilərlər. Ancaq çox güman ki, televiziyada bizim namizədimizə ayrılmış efir vaxtında Əli müəllim çıxış edəcək".

Anar
AzNews.az