AXCP-dən İqbal Ağazadəyə və Sərdar Cəlaloğluna İTTİHAMLAR



"Ümid partiyasından istefa verən həmin şəxslər həmin partiyanın müxalifətin mövqeyinə xələl gətirən kursa etiraz olaraq bu addımı atıb. Bu isə müxalifət düşərgəsindən edilən istefa kimi qəbul edilə bilməz".

Bunu AzNews.az-a AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı bildirib. Onun fikrincə, istefa verən şəxslər partiyanın müxalifət mövqeyinin olmadığını bəyan ediblər. Partiya funksioneri qeyd edir ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun da istefasının müxalifət düşərgəsinə aidiyyəti yoxdur: "Sərdar bəyin son açıqlamaları və seçkinin nəticələrini tanıması sübut edir ki, onun mövqeyi müxalifətlə uzlaşmır. Bu da partiya daxilində narazılıqlar yaradıb".

Bahar Rüstəmli
AzNews.az