“Rəsul Quliyev hakimiyyətə xidmət edir” “Rəsul Quliyev hakimiyyətə xidmət edir”

Gülağa Aslanlı ACP liderini yıxıb-sürüdü

“Rəsul Quliyev hakimiyyətə xidmət edir”


"ACP lideri sırf öz mənafeyinə xidmət edir. O, heç zaman xalqı düşünməyib". Bu sözləri "AzNew.az" -a açıqlamasında Müsavat partiyasının Başqan müavini Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, istər Bişkek protokolunu imzalaması, istərsə də Sürət Hüseynovu vəzifəsindən uzaqlaşdırması bunu açıq-aşkar sübut edir. Başqan müavini bildirdi ki, Rəsul Quliyev heç vaxt Azərbaycan müxalifəti ilə birlikdə olmayıb: "Ölkədən getməsi barədə o, özü də deyib ki, xəstəliyinə görə tərk edib. 2005-cil də Rəsulun ölkəyə gəlmək şansı olanda qorxusundan gəlmədi. Hətta İsa Qəmbər də onun dalınca Ukraynaya getdi, amma o, razılaşmadı". G.Aslanlı Rəsul Quliyevin Müsavat partiyası haqqında ittihamlarını əsassız adlandırdı: "Rəsul Quliyevin müxalifəti parçalamağı onun Azərbaycan hakimiyyətinə xidmət etdiyindən xəbər verir. Bir dəfə də oliqarxların yediyi pullardan danışsın. Nədən qorxur?! Yoxsa ki, onun filankəs o vaxtı bu qədər yeyib, digərləri qanunsuzluq edib fikirləri boş bir şeydir. Guya sən talançılıqla məşğul olmamısan?"-deyə o bildirib.

İlkin Pireli

AzNews.az