- Köhnə - Siyasət
- 22 Oktyabr 2013 16:19
- 3 385
Milli Şura özünə yeni sədr seçir

Toplantıda Milli Şuranın sonrakı taleyi barədə bir çox vacib qərarlar qəbul olunacaq. İclasda prezident seçkilərində Milli Şuranın vahid namizədi olmuş Cəmil Həsənlinin qurumun indiki sədri Rüstəm İbrahimbəyovu əvəz edəcəyi gözlənilir.
Axar.az-ın məlumatına görə, Milli Şura daxilində hesab edirlər ki, Cəmil Həsənlinin özündə yeni lider imicini formalaşdırması və nüfuzu onun quruma sədr seçilməsini şərtləndirir.
AzNews.az