- Köhnə - Siyasət
- 30 Oktyabr 2013 08:41
- 2 133
Rəsul Quliyevdən Rauf Arifoğluna dəstək
AzNews.az-ın məlumatına görə, bunu Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev öz "facebook" səhifəsində yazıb.
Müsavat Partiyası ilə AXCP-nin birləşməsi haqqında söylənən təklifləri dəyərləndirən R. Quliyev bildirib ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlunun bütün baş verənlərə baxmayaraq, Müsavat və AXCP-nin birləşməsi ilə bağlı təklifi düzgün xarakterizə olunmalıdır:
"Əgər liderlərinin imkanları ilə mütənasib olmayan ambisiyaları olmasa idi bu partiyalar elə əvvəldən bir partiya adı altında yaranmalı idi. Təəssüf ki, şəxsi maraqlar əslində Əbülfəz Elçibəyin yaratdığı qurumu parçaladı. Aydın məsələdir ki onlar nə təklikdə, nə də birləşmiş şəkildə bu rejimə qalib gəlmək şansına malik deyil. Ancaq birləşmək pozitiv effekt verə bilər. Yaranacaq partiyanın sədri Cəmil Həsənli və ya başqa birisinin olacağını demək çətindir, hər halda açıq seçki olmalıdır".
R. Quliyev əlavə edib ki, bu təklifin baş tutacağına ümid isə demək olar ki, yox dərəcəsindədir.
AzNews.az