"Onun sədrlikdən getməsini böyük itki hesab edirəm” "Onun sədrlikdən getməsini böyük itki hesab edirəm”

AXCP-dən Rüstəm İbrahimbəyovun istefasına ETİRAZ

"Onun sədrlikdən getməsini böyük itki hesab edirəm”



Bunu AzNews.az-a açıqlamasında AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib. H. Kərimov Milli Şuranın Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradıldığını da vurğulayıb: "Onun Azərbaycana gəlməsində və Milli Şuranın idarə edilməsində müəyyən maneələr yaradıldı.

Ona görə də biz həmsədrlik institutunun formalaşdırılmasını təklif etdik. Görünür, Rüstəm İbrahimbəyov Milli Şuranın fəaliyyətinin operativ idarə edilməsi üçün istefa qərarını verdi. Ancaq onun Milli Şurada qalıb həmsədr kimi fəaliyyətini davam etdirməsini təşkilat üçün daha uğurlu olardı. Onun nüfuzu beynəlxalq aləmdə də Milli Şuranın imkanlarını genişləndirə bilərdi".

H. Kərimov qeyd edib ki, R. İbrahimbəyovun istefasında Milli Şura daxilindəki fikir müxtəlifləyinin yaranması, bunun mətbuata çıxması və böyük diskussiyaya səbəb olması da amil istisna olunmamalıdır.

H. Kərimov Milli Şuranın prezidentliyə keçimiş namizədi, professor Cəmil Həsənlinin adıçəkilən qurumun sədrliyinə namizədliyinin irəli sürülməsini isə təqdir edib.

O, R. İbrahimbəyovun istefasından sonra Milli Şura daxilində qarşılıqlı ittiham və mübahisələrə son verilib-verilməyəcəyinə də toxunub: "Bundan sonra nə baş verəcəyini gözləyək. İndidən heç nə demək olmaz".

AzNews.az