“Yersiz ittihamlar İbrahimbəyovun istefasına səbəb oldu” - Müsavata eyham

"Rüstəm İbrahimbəyova yönəlik yersiz ittiham və iddialar onun belə bir addımın atmasına səbəb oldu".


Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin müavini Nürəddin Məmmədli bildirib. Onun sözlərinə görə, Milli Şura sədrinin bu addımı gözlənilən olub: "Əslində, Rüstəm bəydən bu addımı gözləyirdim. Çünki onda əsl ziyalılıq xarakteri var. Bu qəbildən olan insanlar kifayət qədər həssas, minnətsiz yaşamağa üstünlük verirlər".

N. Məmmədli R. İbrahimbəyovun istefasına çox təəssüf etdiyini də qeyd edib: "Eyni zamanda onun seçiminə də hörmətlə yanaşmaq zorundayıq. Yeganə təmənnam ondan ibarətdir ki, Milli Şura üzvlüyündə qalsın və köməyini əsirgəməsin".

Bahar Rüstəmli
AzNews.az