Əli Kərimlidən İbrahimbəyovla bağlı maraqlı təklif- Milli Şura (Yenilənib)

AzNews.az xəbər verir ki, bu gün keçirilən sessiyada AXCP sədri Əli Kərimli çıxış edib.

Qurumun fəaliyyətini dəyərləndirən AXCP sədri R.İbrahimbəyov və C.Həsənlinin xidmətlərini yüksək qiymətləndirib.

R. İbrahimbəyovun istefa ərizəsini əsas tutan Ə.Kərimli Milli Şuranın sədrliyinə C.Həsənlini namizəd göstərib və hamını ona səs verməyə çağırıb. AXCP sədri təklif edib ki, R.İbrahimbəyov Şuranın fəxri sədri seçilsin.

Ə.Kərimli onu da təklif edib ki, Milli Şura bahalaşmaya etiraz olaraq mitinqlərə başlasın.

Həmçinin, sessiyada siyasi motivlərlə həbs olunan şəxslər, ölkədə bəzi məhsulların qiymətinin artırılması və Ukraynadakı mövcud vəziyyətə dair bəyanatlar verilib.

Qeyd edək ki, AzNews.az Milli Şura fəxri sədr postunun yaradılacağı və Rüstəm İbrahimbəyovun bu vəzifəyə təyin olacağına dair xəbəri vermişdi.

http://www.aznews.az/site/index.php?c=news&id=43462

***
16:34
Demokratik Qüvvələrin Milli Şurasının sessiyası başlayıb.

AzNews.az-ın xəbərinə görə, sessiyaya sədrliyi Milli Şuranın sabiq prezidentliyə namizədi, professor Cəmil Həsənli edir.

İclasda AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, keçmiş daxili işlər naziri İsgəndər Həmidov, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və digər üzvlər iştirak edir. "El" hərəkatının sədri Eldar Namazov Azərbaycanda olmadığından isə qurumu iclasda Ali Məclisinin sədri Eldəniz Quliyev təmsil edir.

Qeyd edək ki, sessiyada Milli Şuranın fəaliyyət istiqamətlərinə aydınlıq gətiriləcək, qurumun sədri və yeni strukturu müəyyənləşəcək.

AzNews.az
image description image description