- Köhnə - Siyasət
- 18 Dekabr 2013 09:54
- 2 037
“El” Hərəkatı qurultaya hazırlaşır

""El" Hərəkatı Partiyasının 1-ci təsis qurultayı keçiriləcək".
Bunu AzNews.az-a "El" Hərəkatı Partiyasının təşkilat komitəsinin sədri Əflan İbrahimov deyib.
Onun sözlərinə görə, qurultay dekabrın 20-də "Azəri-888" şadlıq sarayında baş tutacaq:
"Qurultaya 150 nəfər dəvət olunub. Onların arasında Azərbaycanda fəaliyyət göstərən səfirliklər və onların nümayəndələri, ziyalılar və elm adamları var. İnanırıq ki, bu partiya 2015-ci ilə kimi Azərbaycanda öz sözünü deyəcək və irəli gedəcək partiyalardan birinə çevriləcək".
AzNews.az