“Amerika İrana müdaxilə etməyə cəsarət etmir” “Amerika İrana müdaxilə etməyə cəsarət etmir”

Cümşüd Nuriyev: “Suriyadan sonra növbə İranındır”

“Amerika İrana müdaxilə etməyə cəsarət etmir”



"Bu məsələnin ləngidilməsi Amerikanın maraqlarına cavab verir. Rusiya-Suriya duetinə qarşı ABŞ bütün taktikalardan istifadə edir. Amerikanın inqilabla fəthetmə siyasətini Rusiya və Çin həzm edə bilmir".

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O, bildirib ki, Suriyadan sonra növbə İranındır: "ABŞ-la İsrail bu məsələni daha əvvəldən planlayıb. İran da ələ keçiriləndən sonra ABŞ-ın hegemonluğu Yaxın Orta Şərqdə deyil, bütün dünyada təsdiqlənəcək. Təbii ki, bunu bacara bilsə. Bu həm də katolik kilsəsinin qəbul etdiyi qərarın icrası deməkdir. Bu qərara əsasən 2035-ci ildə dünya əhalisinin 35% müsəlman olacaq.

Hazırda isə xristianlarla müsəlmanların sayı demək olar ki, bərabərdir. Xristianlarda ölümün doğumu üstələməsi, müsəlmanlarda isə insanların sayında artımın müşahidə olunması qərbi qısqandırır. ABŞ-ın 1997-ci ildə və 2008-ci ildə qəbul etdiyi layihələrdə nəzərdə tutulur ki, dünyada vahid hökumət yaradılsın. Bu hökumətin yaradılmasını planlayan 4 böyük ailənin övladı var. Bunlar Ford, Morgan, Rotşild, Siemensdir. Bu ailələrin məqsədi dünyada ağalığı öz əllərinə almaqdır. Bütün bu inqilablar buna görə baş verir.

Təəssüflər olsun ki, Türkiyə də bu məsələyə qoşulub. Türkiyə özünü demokratik göstərməyə çalışır. Türkiyə hakimiyyəti kürsüsünü əldən verməmək üçün əlindən gələni edir. Ərdoğan öz maraqları uğrunda xalqı qurban verir. Qərbin sərvət axtarışına Türkiyənin dəstək verməsi qəbulolunmazdır. Amerikanın müvəffəqiyyətdən başı gicəllənir. Hesab edirəm ki, Amerika İrana müdaxilə etməyə cəsarət etmir, çünki bu addımı atsa, ABŞ-ın dağılma ehtimalı böyükdür. Bu da Rusiya və Çinin maraqlarına uyğun gəlir. Ona görə də bu iki dövlət Amerikanı daha da qıcıqlandırırlar".

Politoloq qeyd edib ki, Suriyanın bütün hava sistemlərinə Rusiya nəzarət edir: "Suriya Rusiya üçün Yaxın Orta Şərqi əldə saxlamaq üçün çox önəmlidir. Rusiya yeni imperiya eşqinə düşüb. Avrasiya ittifaqını yaratmağa çalışması ilə qərb dövlətlərinə "mən güclüyəm" mesajını verir. Düşünürəm ki, imperiya yaratmağa Rusiyanın maddi imkanları çox zəifdir. Rusiya da Suriya məsələnin uzadılmasında maraqlıdır. Bu müddət ərzində o "əzələ" nümayiş etdirir".

İlkin
AzNews.az