Milli Məclisin adı dəyişdirilsin- Təklif

"Azərbaycan parlamentinin adı Milli Məclis yox, Millət Məclisi olmalıdır".

Bu təkliflə parlamentin üzvü Zahid Oruc çıxış edib.

Z.Orucun fikrincə, bu məsələdə rus və ingilis dili qarşılığı ilə paralellər aparmaq lazım deyil:

" Biz Milli Bankın adını dəyişib Mərkəzi Bank qoyduq. Azərbaycan parlamentinin adını da dəyişmək lazımdır. Burada siyasi mənada milli kimlik işarəti götürülməlidir. Mənim təklifim heç bir halda özümüzü Türkiyə Böyük Millət Məclisinə adekvat, simvolik addım atmaq, onlarla eyniləşdirmək düşüncəsindən irəli gəlmir. Azərbaycanda bu atributlar oturuşduqca, belə məsələlərə baxmaq lazımdır".

AzNews.az