- Köhnə - Siyasət
- 23 Avqust 2012 10:26
- 3 730
Elman Nəsirli: “Bəşər Əsəd kürd dövlətinin yaradılmasına çalışır”
Yeri gəlmişkən, qeyd edək ki, rəsmi Ankaranın Suriya məsələsində tutduğu mövqeyi bəlli olsa da, bu problemin çözümündə hansı rol oynadığı bəlli deyil. Xüsusi maraq doğuran məqam da budur.
Suriya böhranının həllində Türkiyənin xüsusi mövqeyinin olduğunu vurğulayan siyasi ekspert Elman Nəsirli AzNews.az-a bildirib ki, Türkiyə Yaxın və Orta Şərqdə əsas oyunçudur. Onun sözlərinə görə, Yaxın və Orta Şərqdə bu gün problemlərin həllində Türkiyənin iştirakı olmadan nəticə əldə etmək də mümkün deyil: "Bu baxımdan da ABŞ Türkiyə kimi bir müttəfiqinin bu potensialını qiymətləndirir və ondan irəli gələn müvafiq addımlar atır. Həmin addımlardan biri də planlaşdırılan sözügedən məsləhətləşmələrdir. Artıq Bəşər Əsəd rejiminin sonunun çatması həyati əhəmiyyətli bir məsələyə çevrilib. Çünki Bəşər Əsəd Suriya ərazisində kürd dövlətinin yaradılması istiqamətində müəyyən addımlar atmaqdadır. Bu istiqamətdə kürd separatçılarına da dəstək verməyə başlayıb. Türkiyənin baş naziri də bir neçə dəfə bununla bağlı xəbərdarlıq edib. Əgər bu baş verərsə, rəsmi Ankara türk qoşunlarını Suriyaya yeridəcəyi mesajını verib. Ona görə ki, qondarma kürd dövlətinin yaradılması Türkiyənin ərazi bütövlüyü, suverenliyi üçün böyük təhlükə və təhdiddir. Amerika bu reallığı da qiymətləndirir və hesab edir ki, rəsmi Ankara Bəşər Əsəd rejiminin legitimliyini qəbul etmir, onu qeyri-qanuni rejim sayır".
74-75 min suriyalının Türkiyədə sığınacaq tapdığını vurğulayan E.Nəsirli qeyd edib ki, belə olan halda Türkiyənin kənarda qalması qeyri-mümkündür: "Ona görə ki, burada birbaşa Türkiyənin ərazi bütövlüyü və suverenliyinə təhlükədən söhbət gedir. Hesab edirəm ki, ABŞ NATO üzrə müttəfiqi Türkiyə ilə bağlı bu reallıqları nəzərə alıb, Suriyaya dair danışıqları və məsləhətləşmələri məhz Türkiyə ərazisində həyata keçirir".
Gültən
AzNews.az