İlham Əliyev iranlı nazirlə görüşdü- FOTO

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə görüşüb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycan və İran prezidentlərinin apardığı müzakirələrin hökumətlərarası komissiyanın işinə töhfə verəcəyi vurğulanıb. Səfər zamanı aparılan müzakirələrin əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayacağı bildirilib.

AzNews.az