Adil Əliyev səfirə etiraz etdi


Milli Məclisin deputatı Adil Əliyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı kəskin tənqid edib. AzNews.az-ın məlumatına görə, A. Əliyev özünün "Facebook" səhifəsində amerikalı diplomatın ABŞ-Azərbaycan münasibətləri ilə bağlı dediklərinə şərh verib: "Riçard Morninqstarın "Azadlıq" radiosuna verdiyi müsahibəsində dedikləri, "Demokratiya məsələsində biz bir-birimizi eşitmirik" fikri ilə tam razıyam. Biz deyirik ki, Azərbaycanın 20% torpaqları işğal altındadır, bir milyon qacqın köçgünümüz var, ATƏT-in Minsk qrupunun üzvləri, məsələnin həllində acizdirlər, Ermənistanın diqtəsi ilə oturub-dururlar. ABŞ isə bizi eşitmir, ya da eşitmək istəmir".

Deputat vurğulayıb ki, Azərbaycanın qədim tarixi var və bu torpaqlarda demokratiya bərqərar olanda, bəzi ölkələrin heç müstəqillikləri olmayıb: "İndi bizə demokratiya dərsi keçmək istəyirlər".

AzNews.az