Biz Azərbaycan türkləri olaraq ermənilərin bu arsız hərəkətlərini kəskin pisləyirik Biz Azərbaycan türkləri olaraq ermənilərin bu arsız hərəkətlərini kəskin pisləyirik

Güney Azərbaycandan ermənilərə etiraz

Biz Azərbaycan türkləri olaraq ermənilərin bu arsız hərəkətlərini kəskin pisləyirik



Güney Azərbaycanda yaşayan soydaşlarımız ermənilərə müraciət edərək azərbaycanlılara qarşı terror hədələrinin dayandırılmasını tələb ediblər. Siyasi və milli fəalların başlatdığı aksiya çərçivəsində ermənilərə müraciət ünvanlanıb.

AzNews.az-a daxil olan və sosial mediyada böyük maraqla qarşılanan müraciətdə bildirilir: "Son zamanlar Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi və azadlığa buraxılması ilə əlaqdar erməni terror dəstələrinin fəallaşması və Azərbaycan vətəndaşlarına hədə- qorxu gəlməsi Cənubi Azərbaycanlıları hiddətləndirib. və hər hansı terror hərəkətinin dünyadakı bütün azərbaycanlılara qarşı zorakılıq hesab ediləcəyini vurğulayırıq".

Müraciət müəllifləri azərbaycanlıların öz torpaqlarından didərgin salındığını bir daha vurğulayaraq İran ərazisində, o cümlədən Güney Azərbaycanda çox sayda erməninin tam təhlükəsizlık şəraitində yaşadığını bildirıblər.

E.Əlosmanqızı
AzNews.az