Ermənistanın avqust ayının əvvəlində Azərbaycanla təmas xəttində törətdiyi təxribatla bağlı Ermənistanın avqust ayının əvvəlində Azərbaycanla təmas xəttində törətdiyi təxribatla bağlı

Azərbaycan Ermənistandan ATƏT PA-nın prezidentinə şikayət etdi

Ermənistanın avqust ayının əvvəlində Azərbaycanla təmas xəttində törətdiyi təxribatla bağlı

ATƏT Parlament Assambleyasının (PA) rəhbəri İlkka Kanervaya müraciət olunub.


ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, müraciəti Azərbaycan adından o edib.

Müraciətdə assambleyadan bu təxribatla bağlı qurumun konkret münasibət bildirməsi istənilir: "Yazılı müraciətdən əlavə, bizim intensiv telefon danışıqlarımız da oldu. Qurumun prezidenti cavab məktubunda bizə bildirdi ki, bu məsələnin onlar tərəfindən ciddi diqqət mərkəzində olduğunu vurğulayıb, bununla bağlı ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin münasibətini xatırladaraq fəaliyyətlərində diqqətdə saxlayacaqlarını bildirib".

B.Muradova onu da qeyd edib ki, Ermənistanın cəbhədəki təxribatı məsələsi birmənalı olaraq ATƏT PA-nın Cenevrədə keçiriləcək payız sessiyasında da qaldırılacaq.



AzNews.az