- Köhnə - Siyasət
- 5 Sentyabr 2014 12:07
- 2 344
Qubad İbadoğlu ona irad tutanlara cavab verdi – Açıqlama

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanlığına iddialı olan Qubad İbadoğlu deyib.
Q. İbadoğlu "mitinqlərdə iştirak etməyəndən başqan olmaz" fikrinə sərt reaksiya verib:
"Onların düşüncəsi ilə mənim yanaşmam arasındakı fərq aydın hiss olunur. Məsələ burasındadır ki, mən mitinqlərə, piketlərə, yürüşlərə mübarizənin hədəfi kimi deyil, buna bir vasitə kimi baxıram. Hesab edirəm ki, bu vasitələrdən siyasi şəraitdən asılı olaraq istifadə olunmalıdır. Aksiyalardan harada gəldi istifadə etmək və ya bütünlüklə imtina etmək də olmaz".
Q. İbadoğlunun sözlərinə görə, siyası mübarizədə mintinqi və bu kimi etiraz aksiyalarını son hədəf kimi qabartmaq düzgün yanaşma deyil.
Bahar Rüstəmli
AzNews.az