“Mən özüm uşaqlıq yaşlarımdan idmanla məşğul olurdum. Bu gün də məşğul oluram və hər bir insana bunu məsləhət görürəm. Ancaq peşəkar idmançı deyildim”. “Mən özüm uşaqlıq yaşlarımdan idmanla məşğul olurdum. Bu gün də məşğul oluram və hər bir insana bunu məsləhət görürəm. Ancaq peşəkar idmançı deyildim”.

İlham Əliyev idman edir, bəs müxalifət?

“Mən özüm uşaqlıq yaşlarımdan idmanla məşğul olurdum. Bu gün də məşğul oluram və hər bir insana bunu məsləhət görürəm. Ancaq peşəkar idmançı deyildim”.



Bunu prezident İlham Əliyev ötən həftə Çinin Nankin şəhərində yeniyetmələr arasında keçirilən ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvləri ilə görüşündə deyib. İlham Əliyev bildirib ki, o həmişə fikirləşir ki, Azərbaycan idmanını mütləq inkişaf etdirməliyik: "Çünki gözəl potensial, xalqımızın ənənələri, ənənəvi idman növlərimiz var və xalqımız fiziki cəhətdən çox hazırlıqlıdır, güclüdür".

Müxalifət partiyalarının liderlərinin idmanla məşğul olub-olmadıqlarını araşdırdıq. Müsavat Partiyasının başqanı İsa Qəmbər "İdmanla məşğul olursunuzmu" sualına konkret cavab vermədi.
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, hər bir insan idmanla məşğul olmalıdır. Elə insanlar isə var ki, idman onun peşəsi və ya hobbisidir. Hər bir halda idman lazımdır: "Bu şəxsi məsələ olduğu üçün bu barədə geniş danışmaq isə doğru deyil. Siz hesab edirsinizsə ki, suala cavab vermək lazımdır, bəli, hər kəs idmanla məşğul olmalıdır. Biz də hər gün idmanla məşğul oluruq və heç bir problem də yoxdur".

ADP sədri Sərdar Cəlaloğlu da idmanla məşğul olduğunu bildirdi: "Həftədə bir dəfə 1500 metr üzgüçülüklə məşğul oluram. Digər günlərdə isə hər gün bir neçə kilometr idman gəzintisinə çıxıram. İdmanla məşğul olmaq antik dövrdən insanların məşğuliyyəti olub. Platon deyirdi ki, musiqi insanın ruhunu, idman bədənini nizamlayır, sağlamlaşdırır. İdmanla məşğul olmaq min illərdir fəlsəfədə də təbliğ olunur. Bundan sonra təbliğ olunacaq. Hər bir insan aktiv həyat tərzi yaşamalıdır".

Ümid Partiyasının sədri İqbal Ağazadə qeyd etdi ki, hər bir insan öz sağlamlığının qeydinə qalmalıdır. Sağlamlıq üçün vacib şərtlərdən biri də idmanla məşğul olmaqdır: "Ona görə də mən əvvəllərdə idmanla məşğul olmuşam. İndi də hər gün idmanla məşğulam. Gündə 7-8 kilometr qaçıram. İnsanın sağlamlığı üçün idmanın bu növündən yararlanmağı insanlara tövsiyə edirəm".


AzNews.az