“Arif Hacılının Müsavat Partiyası Mərkəzi İcra Aparatı vəzifəsindən istefa verməsini gözlənilən idi və bunu normal qarşıladım”. “Arif Hacılının Müsavat Partiyası Mərkəzi İcra Aparatı vəzifəsindən istefa verməsini gözlənilən idi və bunu normal qarşıladım”.

“Bizim bundan yaxşı fürsətimiz olmayacaq” - Qubad İbadoğlu

“Arif Hacılının Müsavat Partiyası Mərkəzi İcra Aparatı vəzifəsindən istefa verməsini gözlənilən idi və bunu normal qarşıladım”.


Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyası başqanlığına namizəd Qubad İbadoğlu bildirib. O, deyib ki, Müsavat başqanlığı uğrunda gedən mübarizə sağlam rəqabət formasında aparılmalıdır: "Bilirsiniz, mən istəyirəm ki, bu, mübarizədən daha çox Müsavat, həm də bütövlükdə cəmiyyət qazansın. Biz ictimaiyyətə və hakimiyyətə nümunələr verməliyik. Xüsusilə də seçki prosesinin təşkilində inzibati resurslardan istifadə yol verilməzliyini nümunə olaraq göstərməliyik, eyni statuslarla seçki mübarizəsinə qatılmaqla seçkiyə bərabər şərtlərlə start verməliyik. Sağlam rəqabət əsasında mübarizə aparmalıyıq. Hesab edirəm ki, bu nümunələrin ilkini yaratmaq üçün bizim bundan yaxşı fürsətimiz və şansımız olmayacaq. Odur ki, bu şansların vaxtında dəyərləndirilməsi hər birimizin seçkiyə töhfəmiz olacaq".

Q.İbadoğlu onu da bildirib ki, o, bu günlərdə Müsavat başqanlığına namizdəliyini rəsmən irəli sürəcək.

Bahar Rüstəmli
AzNews.az