Ukraynalı nazir Azərbaycana gəlir

Ukraynanın müdafiə naziri Dmitri Salamatinin Türkmənistana rəsmi səfəri başlayıb.

Ukrayna Müdafiə Nazirliyinə istinadən verilən xəbərə görə, səfər başa çatdıqdan sonra D. Salamatinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

Nazirin azərbaycanlı həmkarı Səfər Əbiyev və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

AzNews.az