Müsavat partiyasının növbəti qurultayının keçirilməsi ilə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə etdiyi müraciətə bu həftə cavab verilməyəcək. Müsavat partiyasının növbəti qurultayının keçirilməsi ilə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə etdiyi müraciətə bu həftə cavab verilməyəcək.

Müsavatın müraciətinə gələn həftə cavab veriləcək

Müsavat partiyasının növbəti qurultayının keçirilməsi ilə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə etdiyi müraciətə bu həftə cavab verilməyəcək.



Bu barədə AzNews.az-a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər.

İdarədən deyiblər ki, Müsavat Partiyasının müraciətinə gələn həftə cavab veriləcək. "Məktub idarəyə bu gün təqdim olunub. Şənbə günü iş olmadığından məktub hələ gələn həftə müzakirə olunacaq. Rəis baxmalıdır. Həftə ərzində isə bir cavab veriləcək", - deyə idarədən bildirilib.

Qeyd edək ki, sentyabrın 27-də qurultay keçirmək istəyən Müsavat Partiyası Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə müraciət edib. Müraciətdə Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evi ilə müqavilə imzalamağa sərəncam verilməsi xahiş olunub.

Bahar Rüstəmli
AzNews.az