"Dağlıq Qarabağ münaqişəsi çox ağrılı məsələdir və bu problemin tez bir zamanda həlli Rusiyanın xeyrinədir". "Dağlıq Qarabağ münaqişəsi çox ağrılı məsələdir və bu problemin tez bir zamanda həlli Rusiyanın xeyrinədir".

Jirinovskidən Qarabağ mesajı

"Dağlıq Qarabağ münaqişəsi çox ağrılı məsələdir və bu problemin tez bir zamanda həlli Rusiyanın xeyrinədir".


Trend-in məlumatına görə, bunu cümə günü Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Bakı Slavyan Universitetinin tələbləri qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması Azərbaycan və Ermənistan xalqlarına da fayda verəcək: "Münaqişənin artıq həll edilməli olduğu barədə anlayış mövcuddur, bunu isə dövlət başçıları səviyyəsində həll etmək lazımdır".

Rusiya-Azərbaycan münasibətlərindən danışan V.Jirinovski qeyd edib ki, bu əlaqələr çox yaxşı səviyyədədir: "Münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün böyük potensial var".

Dövlət Dumasının deputatı əlavə edib ki, Rusiya Azərbaycandan indikindən üç dəfə çox məhsul ala bilərdi.

AzNews.az