Oqtay Əsədov Avropa Parlamentini tənqid etdi

“Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığına yenidən baxmalıdır”.


Bunu Milli Məclisin bu günkü plenar iclasında çıxış edən spiker Oqtay Əsədov deyib. AzNews.az xəbər verir ki, spiker Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı tənqidi qətnaməyə münasibət bildirib. O, qətnamənin qeyri-obyektiv və əsassız hesab etdiyini və bu qətnaməyə imza atan Avropa Parlamentinin 46 deputatından 45-i Azərbaycanda olmadığını bildirib.

"Ona görə də Azərbaycan bu cür beynəlxalq təşkilatlarla əməkdaşlığına yenidən baxmalıdır"-deyə Oqtay Əsədov bildirib.

AzNews.az