“Həbsdə olanların bəzilərinə yüksək mükafatlar veriləcək və sonra Azərbaycana qarşı yeni kampaniyaya başlanılacaq”. “Həbsdə olanların bəzilərinə yüksək mükafatlar veriləcək və sonra Azərbaycana qarşı yeni kampaniyaya başlanılacaq”.

Həbsdə olanlara mükafat veriləcək

“Həbsdə olanların bəzilərinə yüksək mükafatlar veriləcək və sonra Azərbaycana qarşı yeni kampaniyaya başlanılacaq”.



AzNews.az xəbər verir ki, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib. O, bildirib ki, ləyaqət məsələsi olan ərazi məsələsində ədalətli mövqe tutmayan beynəlxalq təşkilatlar insan haqları məsələsində ədalətli mövqe tutur.
"Belə yanaşma olmur. Mən əminəm ki, həbsdə olanların bəzilərinə yüksək mükafatlar veriləcək və sonra da yeni kampaniyaya başlayıb deyəcəklər ki, filankəslər həbsdədir", - Qüdrət Həsənquliyev bildirib.

Deputat əlavə edib ki, beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək lazım deyil.
"Beş-altı nəfərə görə, bu qurumlarla açıq müstəvidə qarşıdurmaya getməyə dəyməz. Fikrimcə, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları da düşünməlidir", - deyə millət vəkili vurğulayıb.

Qüdrət Həsənquliyevin çıxışına münasibət bildirən vitse-spiker Bahar Muradova deyib ki, söhbət beş-altı nəfərdən getmir: "Məsələ bunda deyil. Həmin qurumlarda fəaliyyət göstərən zərərli qüvvələr bundan istifadə edirlər. QHT-lər bəzən onların əlində vasitə olur. QHT-lər normal fəaliyyət göstərməli, şəffaf olmalı və qanunlara riayət etməlidir. Biz QHT-lərin xarici təşkilatlar arasında vasitə və cinayətkar olmasına qarşıyıq və buna dözmürük".

AzNews.az