- Köhnə - Siyasət
- 8 Oktyabr 2014 10:31
- 2 841
YAP-dan Bordyujanın Qarabağ səfərinə - Reaksiya

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Ermənistanın müdafiə naziri Seyran Ohanyanın müşayiəti ilə Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb hissəsində olması xəbərinə münasibət bildirib.
AzNews.az xəbər verir ki, millət vəkili deyib ki, KTMT-nın rəhbərinin Ermənistana səfər etməsi normaldır, çünki Ermənistan bu qurumun üzvüdür."Bu quruma üzv olan dövlət nümayəndələrinin görüşmələri adi haldır və burada qeyri-adi heç nə yoxdur", - deyə Siyavuş Novruzov əlavə edib.
Qeyd edək ki, Bordyuja erməni əsgərlərlə görüşərək, onların hərbi hazırlığı ilə yaxından maraqlanıb.
Xəyal Əzizov
AzNews.az