ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana səfər edə bilməyib. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana səfər edə bilməyib.

Ceyms Uorlikin Bakıya gəlməməsinin səbəbi açıqlandı

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana səfər edə bilməyib.



AzNews.az xəbər verir ki, bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

"Ceyms Uorlik bu həftə ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə Azərbaycana səfəri planlaşdırsa da, şəxsi məsələlər üzündən həmkarlarına qoşula bilməyib. Buna baxmayaraq ABŞ tərəfi Azərbaycan hökuməti ilə keçirilən görüşlərdə təmsil olunub. Səfir Uorlik həmkarlarının səfərinin məhsuldar olduğuna inanır, habelə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutacaq görüşünü səbirsizliklə gözləyir", - deyə ABŞ səfirliyinin məlumatında qeyd olunub.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) və Pyer Andriu (Fransa) artıq Bakıdadırlar. Həmsədrlərin regiona səfəri oktyabrın 18-dək davam edəcək.