- Köhnə - Siyasət
- 28 Sentyabr 2012 12:56
- 3 528
Yeni səfir də sülh dedi
"Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həlli mümkündür”
"Təslim olmamalıyıq, çünki Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həlli mümkündür". APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar danışıqların dalana dirəndiyinə dair Azərbaycan rəsmi şəxslərinin bəyanatlarını şərh edərkən deyib.
O xatırladıb ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bilavasitə danışıqlar prosesində iştirak edir: "Mən danışıqlarda irəliləyişə nail olmaq üçün həmsədrlər və Azərbaycan tərəfi ilə birgə işi davam etdirəcəyəm".
AzNews.az