Sərdar Cəlaloğlu: “Ayaz Mütəllibovun sözünün siyasi çəkisi yoxdur” Sərdar Cəlaloğlu: “Ayaz Mütəllibovun sözünün siyasi çəkisi yoxdur”

ADP sədrindən Ayaz Mütəllibova sərt cavab

Sərdar Cəlaloğlu: “Ayaz Mütəllibovun sözünün siyasi çəkisi yoxdur”



Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov "Azadlıq" radiosuna müsahibə verib. Hakimiyyətin təklif edəcəyi halda işləməyə hazır olmasında, monopoliyaya, korrupsiyaya qarşı mübarizə aparılmasının vacibliyindən danışan eks-prezident müxalifəti tənqid edib.

O, müxalif düşərgəni radikal davranışlarla demokratiyaya zərbə vurmaqda təqsirləndirib: "90-cı illərdən bizim demokratiyaya böyük zərbə vuruldu. Ona görə də, bu illər ərzində bu vaxtadək demokratik qüvvələri təmsil edən siyasi qurumlar sırf radikallığı özlərinə borc görürlər".

Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AzNews.az-a bunları deyib: "Ayaz Mütəllibovun sözünün siyasi çəkisi yoxdur. Yaxşı olardı ki, o eks-prezident kimi təqaüdünü alıb, həyatını yaşasın. Kommunist partiyası nümayəndəsinin demokratiya haqqında danışması düzgün deyil. O, bu çıxışları iqtidara yarınmaq üçün edir. Çünki hakimiyyət ona pul verir, şərait yaradır. O da xidmətə xidmətlə cavab verir".

İlkin
AzNews.az