“Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər”. “Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər”.

“ABŞ-ın bəzi diplomatları ölçü hissini tamam itirib“

“Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər”.



APA-nın məlumatına görə, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bunu öz "Twitter" səhifəsində yazıb.

"Belələrindən biri cənab Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir. Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Baerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsa idi, yaxşı olardı. Onda anlayardı ki, "Twitter"də yazdıqlarını oxuyanda ilk yada düşən ölkə elə ABŞ olur. Cənab Baer qərəzli fikirləri ilə ABŞ ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır", - deyə N. Məmmədov qeyd edib.