- Köhnə - Siyasət
- 1 Oktyabr 2012 11:20
- 4 823
YAP-dan Elşad Abdullayevə zərbə

Sabiq rektor Elşad Abdullayev YAP sıralarından xaric edilib
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.
AzNews.az xəbər verir ki, bu məlumatı YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalistlərə açıqlamasında verib.
O bildirib ki, məlum rüşvət olayından sonra Elşad Abdullayev partiya üzviliyindən kənarlaşdırılıb. Millət vəkili onu da deyib ki, YAP parlament seçkilərində Elşad Abdullayevin namizədliyini heç vaxt dəstəkləməyib.
Sevinc
AzNews.az