Türkiyə BMT-yə müraciət etdi

Rəsmi Ankara baş vermiş insidentlə bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müraciətdə Suriyanın Türkiyəyə qarşı aqressiv hərəkətləra son qoyulması və bu ölkənin suverenliyinə hörmətlə yanaşması bildirilir.

BMT-nin TŞ-ında sədrlik edən Qvatemala nümayəndəsi Hert Rozintala ünvanlanan məktubda deyilir ki, Türkiyənin Şanlıurfa rayonunun Suriyaya tərəfindən atəşə tutulması "təcavüz aktıdır". Hazırda Təhlükəsizlik Şurası insidentlə bağlı birgə bəyanatın ilkin versiyasını müzakirə edir. Bildirilir ki, ümumilikdə TŞ-ı Türkiyənin Suriya tərəfindən "təcavüz aktına" məruz qalması faktı ilə razıdır.

Ədil
AzNews.az