Ata-ana valideyinlik hüququndan məhrum ediləcək Ata-ana valideyinlik hüququndan məhrum ediləcək

Ata qızının burnunu sındırdı

Ata-ana valideyinlik hüququndan məhrum ediləcək



Bakının Yasamal rayonunda 16 yaşlı Şahnaz Əliyeva (ad şərtidir) valideynlərinin zorakılığına məruz qalıb və nəticədə burnu sınıb. Bu barədə məlumat AzNews.az-a "Təmiz dünya" İctimai Birliyindən verilib.

Birliyin nümayəndəsi Məlahət Nəbiyeva bildirib ki, 16 yaşlı qız mütəmadi olaraq ailədə işgəncələrə məruz qalıb: "Valideynləri onu məhz qız olduğuna görə istəməyiblər. Dəfələrlə zorakılığa məruz qalıb, döyülüb, üstünə qaynar su tökülüb. Sonunda valideynləri tərəfindən döyülən qızın burnu sınıb".

Bir neçə gün əvvəl 16 yaşlı qızın burnuna əməliyyat edilib: "Hazırda Şahnaz Əliyeva özünü yaxşı hiss edir və nənəsinin yanında qalır".

"Təmiz dünya" İB övladına qarşı zorakılıq edən ata-ananın valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət etməyə hazırlaşır.

Elnarə Əlosmanqızı
AzNews.az