“Razi Nurullayevlə bağlı məni narahat etməyin” – Cəmil Həsənli

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev Milli Şuradan çıxarılacağını deyib.

O, hesab edir ki, Milli Şurada da Əli Kərimlinin təsir imkanları olduğu üçün belə bir addımın atılması gözləniləndir. R.Nurullayev bəyanatında Milli Şuradan istefa vermək fikri olmadığını da vurğulayıb.

Milli Şuranın sədri, professor Cəmil Həsənli AzNews.az-a açıqlamasında Razi Nurullayevin dediklərinin onu qətiyyən maraqlandırmadığını bildirib: "Razi Nurullayev çox məsələlərdən danışır, çox şeyin adını çəkir. Xahiş edirəm, bu məsələlərlə bağlı məni narahat etməyin".

Xatırladaq ki, Razi Nurullayevin Milli Şuradan çıxarılacağı haqda bəyanatı "Yeni Müsavat"da yayımlanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az