İlham Əliyev deputatı “Şərəf“ ordeni ilə təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Eldar İbrahimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Rza oğlu İbrahimov "Şərəf" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, E.İbrahimov Milli Məclisin Aqrar siyasət komitəsinin sədridir.

AzNews.az