Müdafiə Nazirliyində AŞPA nümayəndəsi ilə görüş keçirildi- FOTO

Avropa Şurasının Parlament Assambleyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Müdafiə Nazirliyində olub.



AzNews.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda ikigünlük səfərdə olan qonağa regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məlumat verib.

Görüşdə R. Valteri maraqlandıran bir sıra suallar ətraflı cavablandırılıb.


image description