Elmar Məmmədyarov “Azadlıq Radiosu”nun fəaliyyətindən danışdı

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin saytında yer alıb.

ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimbli və "Azadlıq Radiosu"nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun da qatıldığı görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, "Azadlıq Radiosu"nun fəaliyyətinə aid məsələlər müzakirə olunub.

ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub.