- Köhnə - Siyasət
- 9 Oktyabr 2012 08:12
- 4 152
Millət vəkili Çexiyaya gedir

Deputat AzNews.az-a açıqlmasında bildirib ki, səfər çərçivəsində oktyabrın 15-16-da çexiyalı həmkarları ilə bir sıra görüşlər keçiriləcək. Görüşlər zamanı Azərbaycan-Çexiya əlaqələri və perspektivlər, iki ölkə arasında QHT sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunacaq. Deputat A.Quliyev deyib ki, Avropada Azərbaycanın QHT sektorunda mövcud olan təcrübəsi kifayət qədər tanınır və qəbul edilir.
A.Quliyev əlavə edib ki, hazırda QHT-nın 2012-2017-ci illəri əhatə edəcək yeni Fəaliyyət planı hazırlanır.
Vasif Həsənli
AzNews.az