Rusiya YUNİSEF-in də ofisini bağlayır

Rusiya BMT Uşaq Fondu YUNİSEF-in ofisini bağlamaq qərarına gəlib. AzNews.az-ın interfax.ru saytına istinadən verdiyi xəbərə görə, rəsmi Moskva 31 dekabra qədər fonda bütün layihələri yekunlaşdırmaq barədə göstəriş verilib.

Bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyinin İnformasiya departamenti yayıb. Departamentdən verilən məlumata görə, YUNİSEF-in ofisinin bağlanması təşkilatın fəaliyyəti ilə bağlı deyil. Sadəcə Rusiya hökuməti sosial yardım proqramlarını özü icra etmək niyyətindədir.

Sadiq Musa
AzNews.az