- Köhnə - Siyasət
- 11 Oktyabr 2012 12:40
- 25 056
Elşad Abdullayev agent çıxdı
Elşad Abdullayev videogörüntüləri alıb
Fəaliyyəti dayandırılmış Azərbaycan Betnəlxalq Universitetinin rektoru Elşad Abdulayev vaxtı ilə "KQB"-nin agenti olub. Belə bir açıqlama ilə çıxış edən sabiq millət vəkili Cümşüd Nuriyev "OLAYLAR"-a deyib ki, Elşad Abdullayev bir müddət təhlükəsizlik orqanlarında çalışıb: "Onun hərbi rütbəsi də kapitan olub.
Azərbaycanda çox az adam bilir ki, Elşad Abdullayev vaxtı ilə "KQB"-nin agenti olub. Bu birmənalıdır". Cümşüd Nuriyev onu da bildirib ki, son vaxtlar gündəmi məşğul edən məlum videogörüntülər də peşəkarcasına çəkilib: "Ancaq Elşad Abdullayev o səviyyədə agent olmayıb ki, belə bir peşəkar işlər görsün. Həmin çəkilişlər peşəkarcasına aparıldığı üçün mümkündür ki, Elşad Abdullayev həmin görüntüləri alsın".
AzNews.az