Məhəmməd Badi:“Qüdsün danışıqlar yolu ilə azad edilməsi mümkün deyil” Məhəmməd Badi:“Qüdsün danışıqlar yolu ilə azad edilməsi mümkün deyil”

“Müsəlman qardaşları”dan cihada çağırış

Məhəmməd Badi:“Qüdsün danışıqlar yolu ilə azad edilməsi mümkün deyil”



Misirin "Müsəlman qardaşları" hərəkatının lideri Məhəmməd Badi müsəlmanları Qüdsün İsrail hökmranlığından azad edilməsi üçün müqəddəs müharibəyə çağırıb.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Badi öz çıxışında bildirib ki, Qüdsün azad edilməsi hər bir müsəlmanın borcudur. O, Qüdsün müsəlman şəhəri olduğunu və heç bir razılaşma ilə İsrailə verilə bilməyəcəyini də vurğulayıb və əlavə edib ki, şəhərin danışıqlar yolu ilə azad edilməsi mümkün deyil.

Sadiq Musa
AzNews.az