Vyetnam prezidenti Azərbaycana rəsmi səfərə gəlir

Bu gün Vyetnam prezidenti Truong Tan Sang Azərbaycana rəsmi səfərə gələcək.


AzNews.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti əsasında həyata keçirilən səfər 3 gün davam edəcək.

Səfər zamanı iqtisadi, siyasi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq.