Gülər Əhmədovanın deputat rəfiqəsi niyə susur?

“Mən bu barədə hələlik nəsə danışmaq istəmirəm”



Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Unversitetinin (ABU) rektoru Elşad Abdullayev və Milli Məclisin sabiq deputatı Gülər Əhmədova arasında yaranmış "video qalmaqalı" məsələsinə münasibət bildirmək istəməyib.

Millət vəkili R.Aslanova AzNews.az-a açıqlamasında deyib ki, o, hüquq-mühafizə orqanlarının apardığı istintaq tədbirlərinin nəticəsini gözləyir: "Mən bu barədə hələlik nəsə danışmaq istəmirəm".

Qeyd edək ki, Rəbiyyət Aslanova ictimaiyyət arasında da G.Əhmədova ilə rəfiqə olması ilə tanınır.

Vasif Həsənli
AzNews.az