İlham Əliyev: “Bu gün dünyada neofaşist hərəkatlar yaranır”

“Çox sevinirik ki, gənclərimiz vətənpərvərdir. Vətənpərvərlik həm də ölkələr arasında münasibətləri möhkəmləndirir. Öz ölkənə, dininə hörmət başqa ölkələrə və dinlərə hörməti də ehtiva edir”.


AzNews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı təəssüflə bildirib ki, bu gün dünyada neofaşist hərəkatlar yaranır: "Beynəlxalq ictimaiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir. Biz birgə səylərlə bu döyüşdən qalib çıxa bilərik. Ona görə də mədəniyyətlərarası dialoq çox əhəmiyyətlidir. Bakı bu məsələlərin müzakirəsində çox mühüm bir məkandır".

Prezident qeyd edib ki, 23 ildə Azərbaycanda güclü, inkişaf etmiş dövlət qurulub: "Bakı memarlıq, tarixi abidələrlə zəngindir, onlarla tanış ola bitlərsiniz. Ancaq müstəqillik baxımından ölkəmiz gəncdir. Qısa müddətdə aparılan işlər bizim inkişafımızı müəyyən etdi. Əgər siz cəmiyyətin dəstəyinə nail olursunuzsa, bu işlər uğurlu olur. Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığı gücləndirir".