Paşazadə Moskvaya gedir

Gələn ay Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) müsəlmanlarının Koordinasiya Şurasının iclası keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin (BİU) rektoru Hacı Sabir Həsənli AzNews.az-a açıqlamasında bildirib ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də iştirak edəcək.

Onun sözlərinə görə, hazırda sözügedən səfərə hazırlıq işləri həyata keçirilir. QMİ-nin sədr müavini həmçinin deyib ki, Allahşükür Paşazadənin noyabrda Türkiyəyə də səfəri gözlənilir.

Vasif Həsənli
AzNews.az