XİN başçısı macarıstanlı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 21-də Azərbaycanın Riqadakı səfirliyində macarıstanlı həmkarı Peter Siyyarto ilə görüşüb.



AzNews.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə bütün sahələrdə ikitərəfli münasibətlərin səviyyəsindən danışılıb.

Azərbaycanın və Macarıstanın xarici siyasət idarələrinin başçıları energetika sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirərək, TANAP və TAP layihələrinin əhəmiyyətini vurğulayıblar.

Macarıstan XİN-in başçısı Peter Siyyarto təhsil sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı vurğulayıb ki, yeni tədris ilində təqribən 200 macarıstanlı tələbə Azərbaycanın ali məktəblərində təhsil alacaq.

"Wizair" aviaşirkəti vasitəsilə uçuşların bərpa olunmasından məmnunluq ifadə olunub, hava nəqliyyatı ilə yükdaşımalar sahəsində əməkdaşlığın imkanları nəzərdən keçirilib.

P.Siyyarto Macarıstanın Bakıda Mədəniyyət Mərkəzi açmaq niyyəti barədə məlumat verib.